ÇıxışYolu.Com – Nurməhəmmədov Meyvezeri döyüşə çağırdı

Baxış sayı: 3. 243 dəfə baxılıb.

ÇıxışYolu.Com - Nurməhəmmədov Meyvezeri döyüşə çağırdı

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov peşəkar amerikalı boksçu Floyd Meyvezerə müraciət ünvanlayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, dağıstanlı idmançı boks üzrə sabiq çempionu döyüşə çağırıb.

“İrəli, Floyd! Mən döyüşə çıxmağa hazıram: 50-0 27-0-a qarşı. Biz heç zaman uduzmamışıq. Niyə də yox?

Bu cəngəllikdə yalnız bir kral var – o da ki, mənəm. Çünki mən Konoru yerə sərdim, o isə bunu bacarmadı. Özü də mən buna asanlıqla nail oldum”, – Nurməhəmmədov deyib.

www.ÇıxışYolu.Com