ÇıxışYolu.Com – Nurməhəmmədovun meneceri həbs olundu

Baxış sayı: 3. 008 dəfə baxılıb.

ÇıxışYolu.Com - Nurməhəmmədovun meneceri həbs olundu

Polis irlandiyalı Konor Makqreqorla döyüşdən sonra rusiyalı idmançı Həbib Nurməhəmmədovun komandasının həbs etdiyi üç üzvünü azad edib.

ÇıxışYolu.Com xəbər verir ki, bunu UFC başçısı Deyn Uayt bildirib.

Xatırladaq ki, UFC 229 turniri çərçivəsində Las-Veqasda baş tutan döyüş Həbib

Nurməhəmmədovun qələbəsi ilə başa çatıb və o, yüngül çəkidə UFC çempionu titulunu qoruyub.

Döyüşdən sonra rusiyalı rinq ətrafına toplaşan azarkeşlər və rəqib komandasının üzvləri ilə dalaşıb. Davada hər iki idmançının komanda üzvləri iştirak edib.

10.27

Yüngül çəkidə UFC çempionu titulunu qazanan Həbib Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov ABŞ polisi tərəfindən həbs edilib.

ÇıxışYolu.Com xəbər verir ki, buna səbəb Həbib Nurməhəmmədovla Konor Makqreqor arasında UFC 229 turniri çərçivəsində baş tutan döyüşdən sonra meydana gələn dava olub.

Qarşıdurmada hər iki idmançının komanda üzvləri iştirak edib. 

Menecerin və Nurməhəmmədovun komandasının daha bir üzvünün hansı səbəbdən saxlanılması barədə məlumat verilmir.

www.ÇıxışYolu.Com