ÇıxışYolu.Com – Nusretin restoranında beş nəfər yandı

Baxış sayı: 2. 954 dəfə baxılıb.

Məşhur ət restoranı “Nusret”də üç turist və iki işçi olmaqla, beş nəfər yanıb.

ÇıxışYolu.Com xəbər verir ki, balayı üçün İstanbula gələn ingiltərəli cütlük və Məhəmməd Xamis Səlim adlı şəxs yanıq xəsarəti alıb.

ÇıxışYolu.Com - Nusretin restoranında beş nəfər yandı

Ətlə şou göstərilən zaman masanın üstündəki alovlar ətrafa yayılıb. İşçilərdən biri odun qarşısını almaq üçün əlindəki mayeni masaya töküb və alov daha da genişlənib. Bu zaman qadın turistin geyimi alovlanıb. Bədənində ağır yaralar əmələ gələn qadın xəstəxanaya aparılıb. Hadisə zamanı restoranın iki işçisi də yanıq zədələri alıb.

ÇıxışYolu.Com - Nusretin restoranında beş nəfər yandı

Turistlər polisə verdiyi ifadədə restoranın sahibi və işçilərindən şikayətçi olub.

.
www.ÇıxışYolu.Com