ABŞ-ın Nyu-York şəhərində gecə səmanı mənşəyi məlum olmayan mavi gur işıq aydınladıb.
ÇıxışYolu.Com xəbər verir ki, hadisənin görüntüsünü “NBC News” telekanalı “Instagram” səhifəsində paylaşıb.
Qeyri-adi rəngli işığın Kuins rayonu üzərində göründüyü bildirilir.
Telekanal apardığı araşdırmadan sonra mavi işığın “Con Edison”enerji şirkətinin yarım-stansiyalarından birində baş verən yanğından qaynaqlandığını öyrənib.