Pakistanın yerli telekanallarından birində studiyada baş verən qəza canlı yayımın yarımçıq qalması ilə nəticələnib.
ÇıxışYolu.Com xəbər verir ki, hadisənin görüntüsü “Twitter”də yayılıb.
İnsident dekabrın əvvəlində baş versə də, sosial şəbəkələrə yaxın günlərdə yol tapıb. Xəbərlər proqramında aparıcı spikerlə ekstremizm problemlərini müzakirə edən əsnada partlama səsi gəlib və yuxarıdan aparıcının qarşısına şar şəkilli alov düşüb. Aparıcı təşvişə düşərək, dərhal kameranın obyektindən çıxıb.
Tamaşaçılar indiyə kimi studiyada nələrin baş verdiyini öyrənə bilməyib. Aparıcının hərəkəti sosial şəbəkələrdə məsxərə obyektinə çevrilib.
ÇıxışYolu.Com yeniləndi!