ÇıxışYolu.Com – Olimpiya çempionumuz İngiltərəyə aparılmadı

Baxış sayı: 3. 179 dəfə baxılıb.

ÇıxışYolu.Com - Olimpiya çempionumuz İngiltərəyə aparılmadı

Böyük Britaniyanın Mançester şəhərində taekvondo üzrə Qran Pri turnirin növbəti mərhələsi keçiriləcək. 

ÇıxışYolu.Com xəbər verir ki, 2020-ci ildə keçiriləcək Tokio Olimpiadasına reytinq xalları verən yarışda böyüklərdən ibarət milli yığma komandamız altı idmançı ilə təmsil olunacaq.

Bu gün Mançester şəhərinə yollanan komandamızın heyətində Həşim Məhəmmədov (58 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov (hər ikisi 68 kq), Ramin Əzizov (+80 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) yer alıb. Turnirə Olimpiya çempionumuz Radik İsayev aparılmayıb. 

Qeyd edək ki, yarışlara oktyabrın 19-da start veriləcək və üç gün davam edəcək. Taekvondoçularımız oktyabrın 22-də vətənə dönəcək.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com