Tanınmış karikaturaçı Ömər Momani futbol üzrə Azərbaycan millisinə karikatura həsr edib.
ÇıxışYolu.Com-ın məlumatına görə, məşhur iordaniyalı növbəti əsərini Azərbaycan yığmasının Millətlər Liqasındakı çıxışına həsr edib.
Karikatura “Sonadək döyüş, Azərbaycan!” adlanır.
Əsərin qəhrəmanları Ramil Şeydayev, Dmitri Nazarov və Qara Qarayevdir.
Qeyd edək ki, Millətlər Liqasında D liqasının üçüncü qrupunda yer alan Azərbaycan millisi üç oyundan sonra beş xalla ikinci yerdə qərarlaşıb. Qrupa yeddi xalla Kosovo yığması başçılıq edir. Farer adaları üç xalla üçüncü, Malta isə bir xalla dördüncüdür.