ÇıxışYolu.Com - “Oriflame” şirkətinin Azərbaycandakı fəaliyyətinin 20 ili

ÇıxışYolu.Com – “Oriflame” şirkətinin Azərbaycandakı fəaliyyətinin 20 ili

Baxış sayı: 2. 187 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Oriflame” şirkətinin Azərbaycandakı fəaliyyətinin 20 ili

“Oriflame” şirkəti Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyini qeyd edir.

Şirkət Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyini noyabrın 16-da şəhərimizin ən dəbli konsert zallarının birində “20 il Sizinlə” adlı möhtəşəm tədbirlə qeyd edib. Tədbir pre-party ilə başlayıb. Uğurlu spikerlərin motivasiya xarakterli çıxışları, menecerlərin təltifləri, maraqlı şou proqram isə həmin gün iştirakçıların yaddaşında silinməz iz buraxıb.

“Oriflame” şirkətinin Qafqaz ölkələri üzrə vitse-prezidenti və rəhbəri, “Oriflame Azərbaycan”ın baş direktoru Kemal Kaya tədbirdə çıxışı zamanı iştirakçıları və qonaqları yubiley münasibətilə təbrik edib:

“Şirkətin əsas məqsədi yüksək keyfiyyətli məhsullar hazırlamaq və müştərilərə təqdim etməkdir. 20 ildir ki, Azərbaycanda fəaliyyət göstərməkdən qürur duyuruq. Mən özüm də “Oriflame”nin zəngin tarixinin bir parçası olduğum üçün fəxr edirəm. Bu illər ərzində biz bu mərhələyə komanda şəklində birlikdə çatmışıq və uğurları birlikdə qazanmışıq. Bütün dünya üzrə böyük həmfikirlər cəmiyyəti yaratmağa nail olmuşuq. İndi özümüzü heç vaxt olmadığımız qədər güclü hiss edirik”.

Kemal Kaya əmin olduğunu bildirib ki, şirkəti qarşıda hələ bir çox qələbə və nailiyyətlər gözləyir:

“Tərəfdaşlarımızla birgə biz yeni-yeni zirvələr fəth edəcək, istehlakçılarımızı isə qabaqcıl məhsullar və “Oriflame”nin maraqlı layihələri ilə yaxşı mənada təəccübləndirəcəyik. Müasir texnologiyaların istifadəsi ilə yaradılmış təbii, qabaqcıl, isveçsayağı kosmetikadan ibarət geniş məhsul çeşidimiz “Oriflame” ilə əməkdaşlıq edən məsləhətçilər vasitəsilə müştərilərə çatdırılır.

Sifarişlərimizin 90 faizi onlayn şəkildə həyata keçirilir. Şirkətimiz gözəlliyə bir həyat tərzi kimi yanaşan, pul qazanmağa və öz ambisiyalarını həyata keçirməyə can atan insanlar üçün biznes-imkanlar təklif edir”.

Bu il Azərbaycan bazarındakı uğurlu fəaliyyətinin 20 illiyini qeyd edən şirkət 1967-ci ildə Robert və Yonas af Yoknik qardaşları tərəfindən yaradılıb. O gündən bu günə qədər uğurla fəaliyyət göstərən şirkət keyfiyyət standartları yaratmağa davam edərək birbaşa satış kosmetik şirkətinə çevrilib.

“Oriflame” daim zamanla ayaqlaşaraq öz məhsullarında ən aktual trendləri həyata keçirir, həmçinin hər zaman formulların mükəmməlliyi və istehsal texnologiyaları üzərində çalışır. Şirkət özünün zəngin tarixi boyu dünya üzrə insanların gözəllik arzularını, keyfiyyətli həyat və şəxsi uğur istəklərini həyata keçirməyə kömək edərək gözəllik aşiqi olan insanlardan ibarət cəmiyyətlər yaradıb.

Şirkətin vitse-prezidenti qeyd edib ki, onlar “Oriflame”nin 20 illiyini qeyd etmək üçün Azərbaycana gəliblər:

“Bu, bizim üçün önəmli bir marketdir. Fəxr edirik ki, dünyaca məşhur olan şirkətimiz 20 ildir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Şirkətimizin siyasəti şəffaf biznes imkanlarına əsaslanır. Biz səbirsizliklə şirkətimizin sizin ölkədə fəaliyyətinin növbəti 20 illiyini qeyd etməsini gözləyirik. Beynəlxalq qlobal bazarda təsdiq etmiş İsveç şirkəti və bu ölkənin brendidir. Şirkət kosmetika məhsulları üzrə aparıcı yer tutur. Biz əldə etdiyimiz uğurlarımızla fəxr edirik”.

Tədbirdə DJ Kənan drums ilə after- party və tədbirin xüsusi qonağı, Azərbaycan Respublikasının Əməkdar artisti MiriYusif öz konsert proqramı ilə “Oriflame”çiləri təbrik edib.

Əsası 1967-ci ildə qoyulan “Oriflame” şirkəti bu gün dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq kosmetika şirkətidir. Şirkət inanır ki, gözəllik həm insanın necə göründüyünün, həm də özünü necə hiss etdiyinin vacib olduğu həyat tərzinin əksidir. “Oriflame”nin fəaliyyətinin əsas prinsipini insanlar və təbiətə hörmət təşkil edir ki, bu da şirkətin sosial və ekoloji siyasətində öz əksini tapır.

“Oriflame” dünya üzrə bir neçə xeyriyyə layihələrində iştirak edir və Beynəlxalq Uşaq Fondunun həmtəsisçisidir. Şirkətin aksiyaları OMX Nordic Exchange fond birjasında qiymətləndirilir. 

www.ÇıxışYolu.Com