ÇıxışYolu.Com - Orlando Blumla Keti Perri nişanlandı

ÇıxışYolu.Com – Orlando Blumla Keti Perri nişanlandı

Baxış sayı: 3. 200 dəfə baxılıb.

34 yaşlı dünyaşöhrətli müğənni Keti Perri ilə 42 yaşlı Britaniyalı məşhur aktyor Orlando Blum nişanlanıb. 

ÇıxışYolu.Com xəbər verir ki, Sevgililər günündən sonra məşhur cütlük eyni anda nişan üzüyü ilə çəkilmiş fotolarını “İnstagram” hesablarında yayımlayıblar.

Qeyd edək ki, Blumla Perri 2016-cı ildə tanış olublar. 3 il müddətində bir neçə dəfə küsüb-barışıb, daha sonra ayrılan ulduzlar münasibətlərinə yenidən şans vermək qərarına gəliblər.

Perri daha əvvəl 2010-2012-ci illərdə aktyor Rassel Brendlə, Blum isə “Victoria’s Secret”in mələyi Miranda Kerr ilə evli olub.

ÇıxışYolu.Com - Orlando Blumla Keti Perri nişanlandı

ÇıxışYolu.Com - Orlando Blumla Keti Perri nişanlandı

Rəşad Əliyev