Rusiyanın “Pyatniça” telekanalında yayımlanan “Oryol i reşka. Perezaqruzka” verilişinin buraxılışlarından biri Azərbaycana həsr edilib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, verilişin aparıcıları Anastasiya İvleyeva və Yevsey Kovalev Azərbaycandakı çəkilişlərdən fotolarını “Instagram”da paylaşıblar.
Çəkilişlər təkcə Bakıda deyil, regionlarda da aparılıb.
Xatırladaq ki, bu, “Oryol i reşka”nın Azərbaycanda ilk çəkilişləri deyil. Bundan əvvəl verilişin üç buraxılışı ölkəmizə həsr edilib.