ÇıxışYolu.Com – Oyun öncəsi “Qarabağ” həyəcanı

Baxış sayı: 3. 120 dəfə baxılıb.

ÇıxışYolu.Com - Oyun öncəsi “Qarabağ” həyəcanı

“Qarabağ” – “Arsenal” oyunundan öncə Bakıda azarkeş izdihamı yaşanıb.

Görüşü izləmək üçün Azərbaycanın bölgələrindən xeyli insan bilet alıb.

Baku TV oyundan öncə həmin azarkeşləri çəkib və fikirlərini öyrənib.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaq komandanın heyətində Sokratis Papastatopulos, Emil Smit-Rouv və Matteo Guendouzi müvafiq olaraq 4, 53 və 80-ci dəqiqələrdə fərqləniblər.

İki turdan sonra E qrupuna birinci və ikinci yerləri altı xalla “Arsenal” və “Sportinq” bölüşdürürlər.

“Qarabağ” və “Vorskla”nın isə hesabında xal yoxdur.

Qeyd edək ki, “Qarabağ” bu matçda güclü rəqibinə 0:3 hesabı ilə məğlub olub.

S.M.
www.ÇıxışYolu.Com