Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanı Sünik vilayətinin Kacaraq şəhərində çıxışı zamanı iki dəfə cərəyan vurub.
Oxu.Az-ın Ermənistan mətbuatına istinadən xəbərinə görə, insident zamanı Paşinyan qəfildən atlanır və mikrofonu bir əlindən digərinə atır.
“Belə edəndə fikir verməyin, cərəyan vurur”, – Paşinyan seçicilərinə deyib.
Bir müddət sonra onun köməyinə mühafizəçilər gəlib və mikrofonu ştativə bərkidiblər.