ÇıxışYolu.Com - Polşada iş elanı yalanına aldandı: it də getdi, ip də getdi

ÇıxışYolu.Com – Polşada iş elanı yalanına aldandı: it də getdi, ip də getdi

Baxış sayı: 3. 124 dəfə baxılıb.

ÇıxışYolu.Com - Polşada iş elanı yalanına aldandı: it də getdi, ip də getdi

Altı ay bundan öncə sosial şəbəkədə .ovun qarşısına işlə bağlı bir elan çıxıb. Elan işsiz olan müsahibin diqqətini cəlb edib. 

ÇıxışYolu.Com Baku TV-yə istinadən xəbər verir ki, o, iş təklifi ilə bağlı informasiya yerləşdirən  “Keyprobject Group”la əlaqə yaradaraq səlahiyyətli nümayəndələri ilə görüşüb. Şirkət Pərviz və onun qardaşının üç ay ərzində Polşada işlə təmin edəcəyini vəd edib.  

Adıçəkilən şirkət altı aya yaxın Azərbaycanda yubadılan qardaşların yalnız birini Polşaya göndərib. Amma yenə də müqavilədə göstərilən heç bir vədə əməl olunmayıb.

Şikayətçi ödənilən məbləğin geri verilməsini və qardaşının Polşadan gətirməsini tələb edir. 

O, müraciət edərək əhalinin bu cür elanlara inanmamasını tövsiyə edir. 

Məsələ ilə bağlı şirkətin direktoru Üzeyir Məmmədli ilə əlaqə saxladıq. O bildirdi ki, məsələnin bu qədər uzanmasına səbəb dostu tərəfindən sənədlərin gecikdirilməsi olub. 

Şirkət rəhbəri bildirib ki, zərərçəkənin ödədiyi məbləğin yalnız yarısını geri qaytara bilər.