ÇıxışYolu.Com - Psixoloqlar Şurasına dövlət statusu veriləcəkmi?

ÇıxışYolu.Com – Psixoloqlar Şurasına dövlət statusu veriləcəkmi?

Baxış sayı: 2. 247 dəfə baxılıb.

“Psixoloji yardım haqqında” qanun layihəsi yenicə müzakirələrə çıxarılıb, amma indi başlayıblar ki, Psixoloqlar Şurasına dövlət status veriləcək, ya yox? 

Bunu ÇıxışYolu.Com-a açıqlamasında akademik, Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

ÇıxışYolu.Com - Psixoloqlar Şurasına dövlət statusu veriləcəkmi?

O, qeyd edib ki, əvvəla, bu sənəd çox mühüm və əhəmiyyətlidir.

“Bu, cəmiyyətin sifarişindən irəli gəlib və müzakirələrə çıxarılıb. Onun qəbulu psixoloji yardımla bağlı məsələdə çox mühüm rol oynayacaq. Eyni zamanda, orada Psixoloqlar Şurasının yaradılması da nəzərdə tutulur. Amma hələlik bu Şura ictimai əsaslarla fəaliyyət göstərəcək.

Ona gələcəkdə dövlət status veriləcəkmi, verilə bilərmi, bunu indidən dəqiq demək olmaz. Yəni, gələcəkdə bu məsələ də istisna deyil. Amma indidən bu yöndə status söhbətlərinin başlaması o qədər də düzgün deyil. Əsas məsələ qanunun qəbulu, onun icraya yönəldilməsidir.

Çünki cəmiyyətimizdə dünyada olduğu kimi, psixoloji yardıma böyük ehtiyac var”, – deyə Ə.Əmiraslanov əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com