ÇıxışYolu.Com – PSJ-nin futbolçusu topla operatoru vurdu

Baxış sayı: 2. 148 dəfə baxılıb.

ÇıxışYolu.Com - PSJ-nin futbolçusu topla operatoru vurdu

Fransa çempionatının “Monako” – PSJ görüşündə maraqlı hadisə baş verib.

ÇıxışYolu.Com xəbər verir ki, PSJ-nin müdafiəçisi Presnel Kimpembenin zərbəsi oyunu çəkən operatorun başına dəyib.

Hətta zərbə elə qüvvətli olub ki, operatorun papağı və eynəyi düşüb. Dərhal klub həkimləri operatora yaxınlaşıblar. Xoşbəxtlikdən operatorun ciddi zədəsinin olmadığı müəyyənləşib.

Oyundan sonra Fransa millisi ilə dünya çempionu olmuş Prensel Kimpembe operatora yaxınlaşaraq baş verən hadisəyə görə üzr istədiyini bildirib.

Səbuhi MUSAYEV

www.ÇıxışYolu.Com