ÇıxışYolu.Com – Putin Türkiyəyə gedir

Baxış sayı: 3. 349 dəfə baxılıb.

ÇıxışYolu.Com - Putin Türkiyəyə gedir

Rusiya prezidenti Vladimir Putin “Türk axını” təbii qaz boru xətti layihəsinin dənizdən keçən hissəsinin tamamlanması münasibətilə keçiriləcək mərasimdə iştirak edəcək. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “İzvestiya” qəzetinə müsahibəsində Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov məlumat verib. 

Mərasim noyabrın 19-da İstanbulda keçiriləcək və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu tədbirə qatılacaq. 

“Türk axını” layihəsi Qara dənizdən Türkiyənin Avropa hissəsinə, oradan isə Yunanıstanla sərhədədək uzanan qaz boru xəttinin tikintisini nəzərdə tutur. Layihənin dənizdən keçən hissəsinin uzunluğu 930 kilometr, qurudan keçən hissəsinin uzunluğu isə 180 kilometrdir. 

www.ÇıxışYolu.Com