Qəzza zolağında İsrail ordusu ilə toqquşmalar zamanı bir fələstinli ölüb, daha 14-ü yaralanıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə yerli səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra öz Twitter səhifəsində yazıb.
“Qəzza zolağının şərqində bir nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralıların vəziyyəti normaldır”, – əl-Kidra yzıb.
Qeyd edək ki, etirazlar mart ayında başlayan “Böyük qayıdış marşı”nın davamıdır.