ÇıxışYolu.Com - Qadın ərinin pulunu oğurlayıb sevgilisinə verdi

ÇıxışYolu.Com – Qadın ərinin pulunu oğurlayıb sevgilisinə verdi

Baxış sayı: 2. 999 dəfə baxılıb.

ÇıxışYolu.Com - Qadın ərinin pulunu oğurlayıb sevgilisinə verdi

Külli miqdarda dələduzluqda təqsirləndirilən Səbinə Abdinova barəsində olan hökmdən Ali Məhkəməyə müraciət edib. 

ÇıxışYolu.Com xəbər verir ki, S.Abdinova barəsində seçilən cəzanın azaldılmasını istəyir. 

İş hakim Fərhad Kərimovun icraatına verilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Bəkirov doqquz il, S.Abdinova isə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il aprelin 15-də Nağı Abdinovun evindən 90 min manat oğurlamış Yevlax rayon sakini Kənan Bəkirov tutulub.

Araşdırmalar zamanı məlum olub ki, onun bu pulu Nağı Abdinovanın həyat yoldaşı Səbinə Abdinovadan aldığı bilinib. Belə ki, Səbinə Abdinova ilə Kənan Bəkirov arasında sevgi münasibəti olub. Səbinə Abdinova əri Nağı Abdinovun pullarını götürərək sevgilisinə verib.

Onu da xatırladaq ki, Kənan Bəkirov evli olub. Onun dörd azyaşlı övladı var. Səbinə Abdinovanın isə iki övladı olub.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com