ÇıxışYolu.Com – Qadın voleybolçularımız DÇ-yə məğlubiyyətlə başladı

Baxış sayı: 2. 514 dəfə baxılıb.

ÇıxışYolu.Com - Qadın voleybolçularımız DÇ-yə məğlubiyyətlə başladı

Yaponiyada qadın voleybolu üzrə dünya çempionatına start verilib.

ÇıxışYolu.Com xəbər verir ki, millimiz C qrupunun ilk görüşündə güclü ABŞ yığması ilə qarşılaşıb.

Aparıcı voleybolçumuz Natalya Məmmədovanın oynamadığı görüşdə yığmamız 0:3 (27:29, 21:25, 21:25) hesabı ilə uduzub.

Qrupumuzun digər görüşündə Rusiya millisi də Trinidad və Tobaqo yığmasına eyni hesabla qalib gəlib – 3:0.

Qeyd edək ki, yığmamız sabah Cənubi Koreya ilə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 11:10-da başlayacaq.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com