Türkiyə Superliqasının XI turunda “Qalatasaray” əzəli rəqibi “Fənərbaxça”nı qəbul edib.
ÇıxışYolu.Com xəbər verir ki, “Türk Telekom Arena”da keçirilən oyunda hesab 31-ci dəqiqədə açılıb.
Rayan Donk qonaqları meydanın mərkəzinə dəvət edib.
Görüşün 49-cu dəqiqəsində isə Martin Linnes hesab arasındakı fərqi ikiyə çatdırıb.
Lakin qonaqlar hesabı bərabərləşdirə biliblər. 66-cı dəqiqədə Matyo Valbuena (penalti), 72-ci dəqiqədə isə Jailson fərqlənib.
Qeyd edək ki, qarşılaşmanın baş hakimi oyunçulara beş sarı vərəqə göstərib.
Bu oyundan sonra “Qalatasaray” turnir cədvəlinin ikinci, “Fənərbaxça” isə 15-ci pillədə qərarlaşıb.