UEFA Çempionlar Liqasının qrup mərləhəsinin son turunun oyunları keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, “Qalatasaray” öz meydanında “Portu”ya 2:3 hesabı ilə uduzub.
Meydan sahiblərinin heyətində Sofiane Feqhouli iki dəfə fərqlənib (45 pen, 67). Qonaqların qollarını isə Felipe (17), Moussa Mareqa (42 pen.) və Sercio Oliveyra (57) vurub.
Digər oyunda isə “Şalke” öz meydanında Moskva “Lokomotiv”ini minimal hesabla məğlub edib.
ÇıxışYolu.Com yeniləndi!