ÇıxışYolu.Com – “Qarabağ” məğlub durumda

Baxış sayı: 2. 770 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Qarabağ” məğlub durumda

“Qarabağ” – “Sportinq” oyununda daha bir qol vurulub.

ÇıxışYolu.Com xəbər verir ki, qarşılaşmanın 20-ci dəqiqəsində Bruno Fernandeş meydan sahiblərini məyus edib.

Oyunun 33-cü dəqiqəsində isə Nani komandasının üçüncü qoluna imza atıb.

22.14

“Qarabağ” – “Sportinq” oyununda azarkeşlər erkən qollara tamaşa ediblər.

ÇıxışYolu.Com xəbər verir ki, oyunun 5-ci dəqiqəsində qonaqlar Bas Dostun penaltidən vurduğu qolla hesabı açıblar. 

Cəmi doqquz dəqiqə sonra “Qarabağ” oyunda tarazılığı bərpa edib. Qolu Abdullah Zubir vurub.  

21.34

UEFA Avropa Liqasının beşinci turunda Bakıda üz-üzə gələcək “Qarabağ” və “Sportinq”in start heyətləri açıqlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, Ağdam klubunun heyətində meydana çıxacaq Rəşad Sadıqov avrokuboklarda sayca yüzüncü oyununu keçirəcək.

“QARABAĞ”: 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Araz Abdullayev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 52. Yakub Jezniçak, 77. Donald Gerye

“Sportinq”: 40. Renan Ribeyro, 4. Sebastian Koates, 5. Cefferson Nasimento, 6. Andrea Pintu, 8. Bruno Fernandeş, 17. Luiş Nani (k), 23. Abdulay Diabi, 28. Bas Dost, 37. Vendel, 76. Brunu Qaşpar, 86. Nemanya Qudel

Matç Bakı Olimpiya Stadionunda saat 21:55-də başlayacaq. 

www.ÇıxışYolu.Com