Azərbaycan Premyer-Liqasında beşinci tura yekun vurulub.
ÇıxışYolu.Com-ın məlumatına görə, turun son qarşılaşmasında son çempion “Qarabağ” “Azərsun Arena”da “Qəbələ” komandasını qəbul edib.
Matç Qurban Qurbanovun yetirmələrinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Abdullah Zubir dubla imza atıb (31 və 73-cü dəqiqələrdə), hərəyə bir dəfə isə Araz Abdullayev (45) və Delarj (62) fəqrləniblər.
Qonaqların yeganə qolunu hakimin əlavə etdiyi dəqiqələrdə Rasim Ramaldanov vurub.
Turun digər qarşılaşmalarında “Sumqayıt” səfərdə “Keşlə”ni 2:1 hesabı ilə məğlub edib, “Neftçi” isə eyni hesabla səfərdə “Zirə”dən üstün olub.
“Səbail” – “Sabah” matçında hesab açılmayıb.
Beş turdan sonra turnir cədvəlinə 13 xal toplayan “Neftçi” başçılıq edir. Bir oyun az keçirən “Qarabağ” 10 xalla ikincidir. “Sabah” 10 xalla üçüncü, “Sumqayıt” yeddi xalla dördüncü, “Səbail” beş xalla beşincidir.
Bu mövsüm uğursuz çıxış edən “Qəbələ” dörd xalla dördüncü yerdədir.
“Zirə” klubu iki xalla yeddinci, “Keşlə” isə bir xalla sonuncu pillədə qərarlaşıb.