ÇıxışYolu.Com – “Qarabağ” “Vorskla”dan qisas aldı

Baxış sayı: 2. 672 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Qarabağ” “Vorskla”dan qisas aldı

“Vorskla” – “Qarabağ” oyunu başa çatıb. 

ÇıxışYolu.Com xəbər verir ki, Ağdam təmsilçisi çətin keçən qarşılaşmada vacib qələbə qazanıb.

Oyunun 13-cü dəqiqəsində Araz Abdullayevin penaltidən vurduğu yeganə qol həlledici olub. 

Bu, “Qarabağ”ın qrup mərhələsində ilk qələbəsidir.  

Qeyd edək ki, baş hakim matçı iki dəfə dayandırmalı olub. Buna səbəb yerli fanatların yandırıcı maddələri meydana atmaları olub.  

00.23

“Vorskla” – “Qarabağ” oyununda hesab açılıb.

ÇıxışYolu.Com xəbər verir ki, oyunun 13-cü dəqiqəsində Araz Abdullayev penaltidən vurduğu qolla komandasını hesabda irəli çıxarıb.  

23.20

Avropa Liqasının qrup mərhələsində “Qarabağ” təxminən bir saat sonra Ukraynanın Poltava şəhərində “Vorskla”nın qonağı olacaq. 

ÇıxışYolu.Com xəbər verir ki, artıq komandaların start heyətləri məlumdur. 

“Vorskla”: 1. Boqdan Şust, 4. İqor Perduta, 5. Nacip Yakubu, 6. Aleksandr Şklyar, 10. Vladislav Kulaç, 11. Vyaçeslav Şarpar, 17. Vladimir Çesnakov (k), 26. Yuri Kolomoets, 33. Aleksandr Çijov, 66. Artur, 82. Pavel Rebyenok 

Ehtiyat oyunçular: 21. Aleksandr Tkaçenko, 3. Andro Giorqadze, 9. Mixail Serqiyçuk, 14. Nikolas Kareka, 23. Vadim Sapay, 40. Taras Sakov, 44. Ardin Dalku 

Baş məşqçi: Vasili Saçko 

“Qarabağ”: 1. Hanes Haldourson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Araz Abdullayev, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 28. Con Delarj, 52. Yakub Jezniçak, 77. Donald Qerye 

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 7. İnosent Emeqara, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 55. Bədəvi Hüseynov, 91. Coşqun Diniyev 

Baş məşqçi: Qurban Qurbanov.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com