ÇıxışYolu.Com – “Qarabağ”, yoxsa “Arsenal”?

Baxış sayı: 3. 143 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Qarabağ”, yoxsa “Arsenal”?

Bu gün Avropa Liqasının qrup mərhələsinin II turunun oyunları keçiriləcək.

ÇıxışYolu.Com-ın xəbərinə görə, Azərbaycan çempionu “Qarabağ” Bakı Olimpiya Stadionunda İngiltərənin “Arsenal” komandasını qəbul edəcək.

Baş hakim italiyalı Davide Massanın idarə edəcəyi matçın start fiti saat 20:55-də səslənəcək.

E qrupunda yer alan Qurban Qurbanovun yetirmələri ilk oyunda Portuqaliyanın “Sportinq” komandasına 2:0 hesabı ilə uduzub. London təmsilçisi isə doğma meydanda Ukraynanın “Vorskla” komandasına 4:2 hesabı ilə qalib gəlib.


Baku TV-nin əməkdaşları paytaxt sakinləri arasında mövzu ilə bağlı maraqlı sorğu keçirib. Respondentlər “Qarabağ”ın və “Arsenal”ın şanslarını qiymətləndiriblər, eləcə də, hesabla bağlı fikirlərini bölüşüblər.

Həmin sorğunu təqdim edirik:

www.ÇıxışYolu.Com