ÇıxışYolu.Com – “Qarabağ”a Britaniya vizası alınması üçün jest edildi

Baxış sayı: 2. 321 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Qarabağ”a Britaniya vizası alınması üçün jest edildi

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin VI turunda səfərdə “Arsenal”ın qonağı olacaq.

ÇıxışYolu.Com xəbər verir ki, klub bu matç üçün Böyük Britaniya vizası əldə etmək üçün lazımi prosesdən keçib. 

Bu vizanın verilmə prosesində səlahiyyətli şirkət “TLS” Ağdam klubuna jest edib. Şirkətin nümayəndələri futbolçuların sıx qrafikini nəzərə alaraq, klubun bazasına gələrək lazımi prosesləri məhz burada yerinə yetirib.

Qeyd edək ki, bu, Azərbaycan futbolu tarixində ilk belə haldır.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com