ÇıxışYolu.Com – “Qarabağ”a qol vurmuş futbolçu Avroliqanın rəmzi komandasında

Baxış sayı: 5. 867 dəfə baxılıb.

Avropa Liqasında həftənin rəmzi komandası açıqlanıb.

 
ÇıxışYolu.Com xəbər verir ki, rəmzi “11-lik”də “Qarabağ”la keçirilən görüşdə (3:0) ilk qolu vuran “Arsenal”ın müdafiəçisi Sokratis Papastatopulos da yer alıb.

Həmçinin siyahıda Fransanın “Ren” klubu üzərində qələbədə (2:0) bir qol və bir məhsuldar ötürmə ilə yadda qalmış Qazaxıstan “Astana”sının xorvat yarımmüdafiəçisi Marin Tomasov da var.

Qapıçı: Andrey Lunyov (“Zenit”, Rusiya);

Müdafiəçilər: Ceyms Tavernier (“Reyncers”, Şotlandiya), Sokratis Papastatopulos (“Arsenal”, İngiltərə), İbrahima Konate (“Leypsiq”, Almaniya), Dani da Kosta (“Ayntraxt”, Almaniya);

Yarımmüdafiəçilər: Marin Tomasov (“Astana”, Qazaxıstan), Leandro Paredes (“Zenit”, Rusiya), Kristofer Zaxariasen (“Saşbor”, Norveç), Filip Kostiç (“Ayntraxt”, Almaniya); 

Hücumçular: Leo Jaba (PAOK, Yunanıstan), Alfredo Morelos (“Reyncers”, Şotlandiya).

ÇıxışYolu.Com - “Qarabağ”a qol vurmuş futbolçu Avroliqanın rəmzi komandasında

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com