ÇıxışYolu.Com - “Qarabağ”dan vacib qələbə

ÇıxışYolu.Com – “Qarabağ”dan vacib qələbə

Baxış sayı: 2. 324 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Qarabağ”dan vacib qələbə

Azərbaycan Premyer Liqasının 11-ci turunun “Qəbələ” – “Qarabağ” matçı qonaqların qələbəsi ilə başa çatıb. 

ÇıxışYolu.Com xəbər verir ki, Qurban Qurbanovun yetirmələri səfərdə 3:1 hesablı qələbə qazanıblar. 

Oyunun birinci hissəsində hesabı meydan sahibləri açsalar da (Ceyms Adeneyi 33), ikinci hissədə qonaqlar üstünlüyü ələ alaraq üç qol (İnnosent Emeqara 47, Miçel 64, Ozobiç 69) vura biliblər.

Bununla da Ağdam klubu “Neftçi” ilə aralarındakı xal fərqini azaldıb. Hazırda “Qarabağ”ın 23, “Neftçi”nin 26 xalı var. 

www.ÇıxışYolu.Com