Azərbaycan Premyer Liqasının 14-cu turunun növbəti oyunları keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, “Qarabağ” səfər oyununda “Zirə” klubunu 6:0 hesabı ilə darmadağın edib.
Oyunda Dani Kintana “het-trik”ə imza atıb. Mahir Mədətov və Miçel isə hərəyə bir qol vurublar. Daha bir qolu isə “Zirə”nin futbolçusu İlkin Qırtımov öz qapısına vurub.
“Səbail” – “Qəbələ” matçında isə hesab açılmayıb.
Bu qələbədən sonra “Qarabağ” xallarının sayını 30-a çatdırıb. Ağdam klubu turnir cədvəlində ikinci yerdədir.
ÇıxışYolu.Com yeniləndi!