“Qarabağ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, müraciətdə ev oyunlarının keçirildiyi “Azərsun Arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə “Qarabağ” və “Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub.
Mövcud vəziyyəti araşdıran PFL “Qarabağ” klubunun ev oyunları ilə bağlı qərar çıxarıb. Qərara əsasən I divizionun IX turunun “Qarabağ-2” – MOİK qarşılaşması sabah saat 15:00-da “Azərsun Arena”da keçiriləcək.
Premyer Liqanın X turunun “Qarabağ” – “Sumqayıt” görüşü isə 3 noyabr saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com