Bakının Qaradağ rayonunun bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.
Bu barədə ÇıxışYolu.Com-a “Azərsu” ASC-dən bildirilib.
Məlumatda deyilir ki, Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən 24 saat ərzində Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrində su olmayacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.