ÇıxışYolu.Com – Qatil türkiyəli qızları öldürüb, iki gün cəsədlərlə qalıb

Baxış sayı: 4. 108 dəfə baxılıb.

Ukraynanın Xarkov şəhərində yaşadıqları evdə meyitləri tapılan türkiyəli iki qızın qatili Türkiyə polisi tərəfindən saxlanılıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda AZƏRTAC məlumat yayıb.

Buket Yıldız və Zeynəb Hüsünbeyin qətlində şübhəli bilinən Hüsnü Can İstanbuldakı Pendik Kurtköy məzarlığında yaxalanıb. Onun üzərindən tapança və bıçaq tapılıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım mərhum Zeynəb Hüsünbeyin İzmirdə yaşayan ailəsini ziyarət edib, onlara başsağlığı verib.

15:20

Ukraynanın Xarkov şəhərində 20 və 22 yaşlarında olan Türkiyə vətəndaşları iki tələbə qızın başları kəsilərək qətlə yetirilməsi ilə bağlı yeni detallar üzə çıxıb. 

ÇıxışYolu.Com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Buket Yıldız və Zeynəb Hüsünbeyini öldürən şəxsin kimliyi açıqlanıb. 

Qatil Yıldızın keçmiş sevgilisi, “Rinkov” kimi tanınan qətl şübhəlisi Hüsnü Can Ç. adlı şəxsdir. 

Sosial şəbəkədə Yıldızla Hüsnünün birlikdə olan zaman çəkilən fotoları paylaşılıb:

ÇıxışYolu.Com - Qatil türkiyəli qızları öldürüb, iki gün cəsədlərlə qalıb

O, yanvarın 2-si səhər saatlarında Yıldızın evdə olmamasından istifadə edərək, onların yaşadığı mənzilə daxil olub. Buket Yıldız evə gələn zaman qatil onu öldürüb. Daha sonra şahid saxlamamaq üçün evdə gözləyib və Zeynəb Hüsünbeyini də qətlə yetirib. 

Hüsnü Can qətli törətdikdən sonra iki gün cəsədlərin yanında qalıb və yanvarın 3-ü axşam saatlarında Türkiyəyə qayıdıb. 

Polis şübhəli şəxsin sosial media hesabını araşdıran zaman onun “Criminal Case” video-oyunu ilə maraqlandığını aşkarlayıb. 

Hüquq-mühafizə orqanları həmin şəxsin axtarışlarına başlayıb. 

Xatırladaq ki, qatil əvvəlcə qızları bıçaqlayıb, daha sonra isə başlarını kəsib. 

Samir İsayev

www.ÇıxışYolu.Com