ÇıxışYolu.Com – Qazaxlar ermənilərdən qisas almaq üçün “Bakı” kafesinə hücum etdilər

Baxış sayı: 3. 838 dəfə baxılıb.

ÇıxışYolu.Com - Qazaxlar ermənilərdən qisas almaq üçün “Bakı” kafesinə hücum etdilər

Qazaxıstanın Karaqanda bölgəsinin Semey şəhərində bir qrup şəxs Yeni il şənliyi zamanı qətlə yetirilən gəncin qatilləri ilə hesab çəkmək üçün “Bakı” kafesinə hücum ediblər.

ÇıxışYolu.Com bildirir ki, hadisənin maraqlı edən odur ki, gənc qazaxıstanlı ermənilərlə dava zamanı qətlə yetirilib, lakin yerli sakinlər “Bakı” kafesinin adından da bəlli olduğu kimi azərbaycanlılara məxsus olduğunun fərqinə varmayıblar (bəlkə də bilməyiblər). 

Qəzəblənmiş insanları restoranın üzərində asılmış və Ermənistan bayrağına bənzəməyən Azərbaycan bayrağı belə dayandıra bilməyib.

İnsidentin videosu sosial şəbəkələrdə yerləşdirilib.

Qeyd edək ki, yeni il banketi zamanı restoranda bir neçə kişi arasında dava baş verib. Dava zamanı küçədə 23 yaşlı Karaqanda sakini aldığı bıçaq zərbələrindən ölüb.

Operativ axtarış tədbirləri nəticəsində üç nəfər müəyyən edilərək saxlanılıb: Torqom Malxasyan, Soxak Malxasyan və Kair Nadırbekov. Saxlanılanlar ağır cinayət törətməkdə ittiham olunurlar.

Karaqanda şəhər məhkəməsinin qərarı ilə onlara qarşı həbs qətimkan tədbiri həyata keçirilib. Həmçinin Karaqanda polis Departamentinin əməkdaşları Narek Qururyanı axtarışa veriblər.

www.ÇıxışYolu.Com