Qırğızıstanın gənc müğənnisi Zere Asılbekin həyatı təhlükədədir, bəzi şəxslər onu yeni klipinə görə təhdid edirlər.
ÇıxışYolu.Com dni.ru-ya istinadla xəbər verir ki, klipdə ifaçı pencək, büstqalerdə və ətəkdə görünüb.
Məlumatlara görə, 19 yaşlı müğənninin “Qız” adlı klipi həmyerliləri tərəfindən qəzəblə qarşılanıb. Onlar bunun təhqir olduğunu bildiriblər. Həmin şəxslər nəinki ifaçının geyiminə, eyni zamanda musiqinin sözlərinə sərt reaksiya veriblər. Musiqidə ifaçı qadınların hüquqları haqqında danışır.
Klip işıq üzü gördükdən sonra ifaçıya çoxlu sayda təhdidlər edilir. Müğənni bu məsələ ilə bağlı polisə müraciət edib. Hüquq-mühafizə orqanları onu qoruyacaqlarını bildiriblər.