ÇıxışYolu.Com – Qırğızıstanda prokuror qətlə yetirildi

Baxış sayı: 2. 309 dəfə baxılıb.

ÇıxışYolu.Com - Qırğızıstanda prokuror qətlə yetirildi

Qırğızıstanda Batken vilayətnin prokuroru Anarbay Mamajakıpov qətlə yetirilib.

ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, bu barədə respublika DİN-in nümayəndəsi Kərimə Amankulova bildirib.

“Faktla bağlı cinayət işi açılıb. Şübhəli şəxs saxlanılıb, onunla əlaqədar əməliyyat-istintaq tədbirləri həyata keçirilir”, – Amankulova deyib.

Onun sözlərinə görə, cinayətin səbəbləri və təfərrüatları haqqında danışmaq hələ tezdir.

Mamajakıpov bu ilin mayında Batken vilayətinin prokuroru təyin edilmişdi.

www.ÇıxışYolu.Com