ÇıxışYolu.Com – Qıza bahalı maşın və evlənmə təklif edən oğlan rədd cavabı aldı

Baxış sayı: 2. 460 dəfə baxılıb.

ÇıxışYolu.Com - Qıza bahalı maşın və evlənmə təklif edən oğlan rədd cavabı aldı

Çində qız insanların gözü qarşısında imkanlı oğlanın evlənmə təklifini rədd edib. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Daily Mirror” nəşri məlumat yayıb. 

Oğlan qıza “Lamborghini” markalı avtomobil də hədiyyə etsə belə, qarşı tərəfin müsbət cavabına nail ola bilməyib. Oğlanın dizə çökərək evlənmə təklifinə rədd cavabı verən xanım “Bağışla, istəmirəm” deyə bildirib.

Lakin oğlan fikrindən dönmək niyyətində olmayıb. Onun “Çoxlu pulum var, nə qədər istəsən, o qədər sənə avtomobil ala bilərəm. Mənə ərə gəl” yalvarışına qız “Nə olsun ki, pulun var?” deyərək rəfiqəsi ilə birlikdə görüş yerini tərk edib. 

Qəzəblənən oğlan isə gül buketini səhnəni lentə alanlardan birinə atıb və nişan mərasimi üçün hazırladıqlarını dağıtmağa başlayıb.

www.ÇıxışYolu.Com