ÇıxışYolu.Com - Qusarda qış nağılı

ÇıxışYolu.Com – Qusarda qış nağılı

Baxış sayı: 2. 735 dəfə baxılıb.

ÇıxışYolu.Com - Qusarda qış nağılı

Oktyabrın 26-da axşamdan 27-si səhər saatlarınadək Quba və Qusar rayonlarının bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağmağa başlayıb.

ÇıxışYolu.Com AZƏRTAC-a istinadən xəbər verir ki, Quba Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb. Burada qarın hündürlüyü 20 santimetrə çatıb. Qubanın Xınalıq kəndində 18, Qırız kəndində isə 15 santimetr təşkil edib.

Hava şəraitinin dəyişməsi ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.

www.ÇıxışYolu.Com