ÇıxışYolu.Com - Rəqsanənin əkizlərinin səhhəti pisləşdi

ÇıxışYolu.Com – Rəqsanənin əkizlərinin səhhəti pisləşdi

Baxış sayı: 2. 776 dəfə baxılıb.

ÇıxışYolu.Com - Rəqsanənin əkizlərinin səhhəti pisləşdi

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova üçüncü dəfə əkiz uşaq anası olub.

ÇıxışYolu.Com xəbər verir ki, bu gün müğənni “Hər şey daxil” proqramına telefon bağlantısı edərək, övladlarının halının pisləşdiyini bildirib:

“Uşaqlar yarımçıq doğulub və çəkiləri normal deyil. Oğlan 1 kilo 300 qram, qız isə 1 kilo 450 qramdır. Bu gecə səhərə kimi klinikada olmuşuq. Oğlanı doğulan gündən klinikadan çıxara bilməmişdik. Qız nisbətən yaxşı idi. Bu gecə onun da halı pisləşib”.

Verilişdə qonaq olan Rəqsanənin qızı Aysun İsmayılova isə göz yaşlarını saxlaya bilməyib.

.
www.ÇıxışYolu.Com