ÇıxışYolu.Com – Rəşad Sadıqov Pro kateqoriyalı məşqçi oldu

Baxış sayı: 2. 179 dəfə baxılıb.

ÇıxışYolu.Com - Rəşad Sadıqov Pro kateqoriyalı məşqçi oldu

AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və sertifikatlar təqdim olunub. 

ÇıxışYolu.Com xəbər verir ki, diplom və sertifikatları AFFA-nın Məşqçilər Komitəsinin sədri, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lipert və kursların təlimatçısı Aslan Kərimov təqdim edib.

Beləliklə, Pro kateqoriyasına yiyələnən yeni məşqçilərimiz “Sabah”ın baş məşqçisi Elşad Əhmədov, “Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanov, “Zirə”nin baş məşqçisi Samir Abbasov, “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov, 17 yaşadək qızlardan ibarət millimizin baş məşqçisi Siyasət Əsgərov, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov, eləcə də, Zaur HəşimovRamin Quliyev və Mik Benet olub.

Qeyd edək ki, 19 yaşadək millimizin baş məşqçisi Vüqar Məmməd və Baba Əsgərov imtahandan kəsilərək Pro kateqoriyasına yiyələnə bilməyib.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!