“Qarabağ”ın kapitanı Rəşad Sadıqov növbəti dəfə alqışalayiq addımla yadda qalıb.
ÇıxışYolu.Com xəbər verir ki, 36 yaşlı müdafiəçi şəxsi “İnstaqram” səhifəsində həssas paylaşım edib.
Belə ki, Rəşad aprel döyüşlərinin şəhidi Raquf Orucovun oğlu ilə şəklini paylaşıb. O, paylaşımda bu sözləri qeyd edib:
“Şəhid Raquf Orucovun oğlu Nihad Orucov, sənin əlini tutmaq qürurvericidir”.
Qeyd edək ki, foto Avropa Liqasının qrup mərhələsində Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Sportinq” oyunundan əvvəl çəkilib.