Azərbaycan millisi Batumidə keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasının V turunda Ermənistan üzərində qələbəni Şəhriyar Məmmədyarovun yeni doğulmuş oğlu Raula həsr edib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, millimizin qələbəsi chess-news.ru şahmat saytında “Raulun şərəfinə” başlığı ilə dərc edilib.
“Bu nə Karpova, nə Kasparova, nə də digər tanınmış şahmatçılara aid deyil. Raul Şəhriyar Məmmədyarovun bir neçə gün əvvəl dünyaya göz açmış oğlunun adıdır. Beşinci turda Ermənistan üzərində qələbəni Azərbaycan millisi balacaya həsr edib, çünki onun atasının bu qələbədə böyük əməyi olub”, – saytın məlumatında deyilir.
Xatırladaq ki, Azərbaycan şahmatçılarının erməniləri 2,5:1,5 hesabı ilə məğlub ediblər.
Şəhriyar Məmmədyarov birinci lövhədə qara fiqurlarla Levon Aronyana qalib gəlib.