ÇıxışYolu.Com – “Real” La Liqada “qara zolaq”dan çıxdı

Baxış sayı: 2. 629 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Real” La Liqada “qara zolaq”dan çıxdı

Madrid “Real”ı İspaniya çempionatının 11-ci turunda “Valyadolid” üzərində 2:0 hesabı ilə qələbə qazanıb.

ÇıxışYolu.Com xəbər verir ki, bununla da paytaxt klubu La Liqadakı 6 oyunluq qalibiyyətsizlik seriyasına son qoyub.

Qeyd edək ki, “Real”ın sabiq baş məşqçisi Xulen Lopeteqi oktyabrın 29-da istefaya göndərilib.

Bundan sonra Kral klubu İspaniya kubokunun 1/16 final mərhələsində “Melilya”nı darmadağın edib – 4:0.

Hazırda madridlilərə müvəqqəti olaraq Santyaqo Solari rəhbərlik edir.

www.ÇıxışYolu.Com