ÇıxışYolu.Com – “Real”ın məşqində gərgin anlar

Baxış sayı: 2. 580 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Real”ın məşqində gərgin anlar

Madridin “Real” klubunun məşqi zamanı xoşagəlməz insident yaşanıb. 

ÇıxışYolu.Com xəbər verir ki, müdafiəçi Serxio Ramosun komanda yoldaşı Serxio Reqilona qarşı davranışı birmənalı qarşılanmayıb. 

Reqilonun hansısa hərəkətindən xoşlanmayan Ramos əsəblərini cilovlaya bilməyib və 21 yaşlı futbolçuya tərəf topla güclü zərbə endirib. 

Qeyd edək ki, “Real” artıq beş oyundur qələbə qazana bilmir.

www.ÇıxışYolu.Com