ÇıxışYolu.Com - Rejissor: Arvadım öləndə dişlərini onun yanında basdırdıq

ÇıxışYolu.Com – Rejissor: Arvadım öləndə dişlərini onun yanında basdırdıq

Baxış sayı: 3. 102 dəfə baxılıb.

ÇıxışYolu.Com - Rejissor: Arvadım öləndə dişlərini onun yanında basdırdıq

Rejissor Nail Naiboğlu ilk dəfə həyat yoldaşının ölümündən danışıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, o, arvadının ölümündən ARB TV-nin “Öz evimizdir” verilişində söz açıb.

“Bir günün içində baş verdi. Axşam montajda idim, oğlum zəng etdi ki, “ata, evə gəl, anamın halı yaxşı deyil”. Gəlib, gördüm ki, özündə deyil, dodaqları qaralıb. Soruşdum, nə olub? Dedi, “elə bil məni boğurlar”. Oturdum yanında, İlahəyə yazdım ki, Güləri itirsəm, mənə çox çətin olar.

Heç bir xəstəliyi yox idi. Bir az artıq çəkisi var idi. Mədəkiçiltmə əməliyyatı etdirəcəkdi. Dişlərinin müalicəsi gedirdi, onu gözləyirdik. Amma müalicə bitmədən dünyasını dəyişdi. Öləndə dişlərini də yanında basdırdıq”.

ÇıxışYolu.Com yeniləndi!