ÇıxışYolu.Com - Reproduktiv sağlamlıqla bağlı qanun layihəsi yaz sessiyasında müzakirələrə çıxarılacaq?

ÇıxışYolu.Com – Reproduktiv sağlamlıqla bağlı qanun layihəsi yaz sessiyasında müzakirələrə çıxarılacaq?

Baxış sayı: 2. 491 dəfə baxılıb.

ÇıxışYolu.Com - Reproduktiv sağlamlıqla bağlı qanun layihəsi yaz sessiyasında müzakirələrə çıxarılacaq?

Reproduktiv sağlamlıqla bağlı qanun layihəsi payız sessiyasında da müzakirələrə çıxarıla bilmədi. Ancaq hesab edirəm ki, qanun layihəsi qarşıdan gələn 2019-cu il yaz sessiyasının müzakirələrinə çıxarılmalıdır.

Bununla bağlı əvvəlcə komitədə müzakirələr aparılmalı, sonra isə plenar iclasa tövsiyə olunaraq, qəbul edilməlidir. Çünki qanun layihəsi müzakirələrə artıq tam hazır vəziyyətdədir, mübahisə doğuran məqamlara son qoyulub.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

O qeyd edib ki, artıq neçə illərdir cəmiyyət, xüsusilə də övlad dünyaya gətirmə ilə bağlı problem yaşayan insanlar, ailələr bu qanunun qəbulunu gözləyir.

“Bu baxımdan, belə hesab edirəm ki, artıq mübahisəli məqamlar aradan qaldırıldığı üçün bu qanun layihəsi növbəti sessiyada müzakirələrə çıxarılmalı və qəbul olunmalıdır. İnsanlarımızın, ailələrin intizarına son qoyulmalıdır. Belə bir qanunun qəbul çox vacibdir və lazımdır”, – deyə millət vəkili əlavə edib.

K.HƏMİDOV
www.ÇıxışYolu.Com