ÇıxışYolu.Com – Ronaldu qırmızı vərəqə aldı və ağladı

Baxış sayı: 2. 801 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ronaldu qırmızı vərəqə aldı və ağladı

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qrup mərhələsində “Valensiya” ilə oyunda qırmızı vərəqə ilə cəzalandırılıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Feliks Brix portuqaliyalını matçın 29-cu dəqiqəsində meydançadan kənarlaşdırıb.

Hakim hesab edib ki, Ronaldu meydan sahiblərinin müdafiəçisi Ceyson Murilonu üzündən vurub. Kriştianu meydançanı göz yaşları içərisində tərk edib. 

Qeyd edək ki, matç “Yuventus”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qrupun digər oyununda “Mançester Yunayted” səfərdə “Young Boys” komandasını 3:0 hesabı ilə məğlub edib.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.