ÇıxışYolu.Com – Ronaldu “Yuventus”da ilk qolunu vurdu

Baxış sayı: 2. 281 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ronaldu “Yuventus”da ilk qolunu vurdu

Yay fasiləsində İspaniyanın “Real” klubundan İtaliya təmsilçisi “Yuventus”a keçən Kriştianu Ronaldu, nəhayət ki, Turin klubunda qol hesabını açıb.

ÇıxışYolu.Com xəbər verir ki, portuqaliyalı hücumçu A Seriyasının IV turunda “Sassuolo” ilə keçirilən görüşdə dubl edib.


O, 50 və 65-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Məhz onun dublu sayəsində Turin klubu 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 33 yaşlı futbolçu geridə qalan üç turda qol vurmadığı üçün çox tənqid edilirdi.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com