İran prezidenti Həsən Ruhaninin kürəkəni Kambiz Mehdizadə vəzifəsindən istefa verib.
ÇıxışYolu.Com “Frans Press”ə istinadən xəbər verir ki, iki gün əvvəl İranın Geoloji kəşfiyyat xidmətinin rəhbəri vəzifəsinə təyin olunan K. Mehdizadənin qərarı hamı üçün gözlənilməz olub.
30 yaşlı K. Mehdizadə bu ilin avqust ayında H. Ruhaninin qızı ilə evlənib.
Bildirilir ki, prezidentin kürəkəni bəzi deputatların sosial şəbəkələrdəki tənqidi fikirlərindən sonra bu addımı atıb.
ÇıxışYolu.Com yeniləndi!