ÇıxışYolu.Com – Rusiya Britaniyaya nota verdi

Baxış sayı: 2. 600 dəfə baxılıb.

ÇıxışYolu.Com - Rusiya Britaniyaya nota verdi

Rusiya səfirliyi Böyük Britaniya Xarici İşlər Nazirliyinə Solsberidəki zəhərlənmə işi ilə bağlı növbəti notasını təqdim edib. 

ÇıxışYolu.Com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı diplomatik missiyanın mətbuat xidmətindən məlumat verilib. 

“Sənəddə Londonun beynəlxalq hüquqları kobud şəkildə pozduğu və Rusiyanın Britaniya hökumətinin nəzarətində saxlanılan rusiyalılarla bağlı informasiya əldə etmək tələbinə qarşı çıxıldığı bildirilib”, – mətbuat xidmətindən qeyd edilib. 

Diplomatlar Britaniyanın Rusiyanın əməkdaşlıq təklifini rədd etdiyini xatırladıblar. 

Qeyd edilib ki, keçən doqquz ay ərazində Rusiya Solsberidəki insidentlə bağlı Britaniya tərəfinə onlarla nota və məktub göndərib. 

Bundan əvvəl, Rusiya Baş Prokurorluğu bəyan edib ki, “Skripal işi” ilə bağlı heç bir müraciət daxil olmayıb. 

www.ÇıxışYolu.Com