ÇıxışYolu.Com – Rusiya Suriyaya S-300 göndərəcək

Baxış sayı: 3. 364 dəfə baxılıb.

ÇıxışYolu.Com - Rusiya Suriyaya S-300 göndərəcək

Rusiya yaxın iki həftə ərzində Bəşər Əsəd rejiminə S-300 zenit-raket kompleksi göndərəcək. 

ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu deyib. 

Onun sözlərinə görə, bu tədbir Suriyada Rusiyaya məxsus İl-20 təyyarəsinin qəzaya uğraması ilə bağlıdır. 

Şoyqu əlavə edib ki, S-300 kompleksi 250 kilometr məsafədə hava hədəfini yaxalaya və eyni zamanda bir neçə obyekti məhv edə bilər.

O bildirib ki, zenit-raket kompleksləri Əsəd rejimi ordusunun döyüş qabiliyyətini artırmağa imkan verəcək. 

“Bu gün vəziyyət dəyişib, ancaq bu, bizim günahımızdan baş verməyib”, – Şoyqu qeyd edib. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Əsəd rejiminə S-300 raket kompleksinin verilməsi üçüncü ölkəyə qarşı yönəlməyib.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.